First slide
Bakı Mühəndislik Universitetində iki ixtisasa qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) növbəti tədris ili üçün iki ixtisasa qəbul dayandırılıb.

Universitetdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qəbul planı kadr və mütəxəssislərə olan tələbat nəzərə alınaraq hər il müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir.

Qeyd olunub ki, BMU-nun ingilis dilində tədris aparılan iqtisadiyyat və pedaqoji ixtisaslarına növbəti tədris ili üçün qəbul nəzərdə tutulmayıb:

"Tədrisi Azərbaycan dilində aparılan iqtisadiyyat, pedaqoji və digər bütün ixtisaslar üzrə qəbul planı isə əvvəlki illərdə olduğu kimi saxlanılıb".

07.06.2022 17:54
4116
Loading...