First slide
Bakı metrosunda partlayış səsi: Qatarların hərəkətində fasilə yarandı

Bu gün saat 18:40 radələrində Bakı metrosunun "28 May" stansiyasında qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Panoram.az-a verdiyi məlumata görə, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub:

“Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü “İçəri Şəhər” stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti, gərginlik dayandırılıb.

Əraziyə baxış keçirildikdən sonra qatarların hərəkəti bərpa edilib. Bu isə təxminən 5 dəqiqəlik fasiləyə səbəb olub. Xoşbəxtlikdən metroda heç bir tüstülənmə və yanğın olmayıb. Sadəcə həmin vasitənin özü yanıb”.

31.12.2019 20:49
3613

Loading...