First slide
“Bakı Ermənistana zərbə vursa, Rusiya erməniləri müdafiə etməyəcək”- RUS EKSPERT AÇIQLADI

“Ermənistanın yüksək rəhbərləri hərbi əməliyyatlar zamanı ciddi stresə məruz qalırlar və adekvat qərarlar qəbul edə bilmirlər..."

“Bu vəziyyətdə söhbət Azərbaycanın mülki əhalisini qorxutmaqdan və dəhşətə salmaqdan gedir. Sosial hədəflərə qarşı hücumların döyüşlə heç bir əlaqəsi yoxdur. Əliyevin qisas almaqla təhdid etməsi əhalisi məhv edilən hər bir ölkənin lideri üçün  normal davranışdır”.

Moderator.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə  “Rusiya zabitləri” Ekspert Şurasının üzvü, türk əsilli hərbi ekspet  Aleksandr Perenciyev Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə  kütləvi dinc insan ölümü və yaralanması ilə nəticələnən ballistik raket atəşinə tutulmasını şərh edərkən bildirib. 

“Vəziyyəti ədalətli hərbi əməliyyatlarla yanaşı, mülki və uşaq qətllərinə görə qisas alma qaydası olduğu Qafqaz bölgəsinin xüsusiyyəti daha da ağırlaşdırır. Azərbaycanın cavab zərbələrindən sonra müharibə müəyyən hədləri aşa bilər. Hər iki tərəfdən nəinki ərazilərin işğalı, düşmənin sərt şəkildə məhv edilməsinə başlanacağı təhlükəsi var ”-deyə ekspert xəbərdar edib.

Perenciyevin fikrincə,  əgər Bakı Ermənistan ərazisinə zərbə vurmağa qərar verərsə, o zaman Rusiya bu halda belə, İrəvanı müdafiə etməyəcək,  çünki terror müharibəsini provakasiya edən Ermənistandır. 

"Zəif bir aktyor terror metodlarına müraciət edir... Görünür, Ermənistanın yüksək rəhbərləri hərbi əməliyyatlar zamanı ciddi stresə məruz qalırlar və adekvat qərarlar qəbul edə bilmirlər"- deyə rusiyalı hərbi ekspert bildirib.
17.10.2020 20:21
1705

Loading...