First slide
Azərbaycanlıların yaşadığı kənddə dəhşət - qısqanıb keçmiş arvadını öldürdü

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində kişi keçmiş həyat yoldaşını qətlə yetirib.

Panoram.az "Report"a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qətli törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb. Polis onun cinayət əməlində istifadə etdiyi bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 13 ildən 17 ilədək həbs cəzası gözləyir.


       
16.02.2020 20:17
19
Loading...