First slide
"Azərbaycanlıları "eşşək" adlandıran Süleymaniyə Bakıda yas tuturlar, Türkiyədə isə..."

Türkiyədə iranlı generalın İraqda ABŞ tərəfindən öldürülməsi ilə bağlı nə danışırlar? Deyəsən Qasım Süleymaninin öldürülməsi olayından sonra Türkiyənin Liviyaya qoşun göndərməsi məsələsi hamının yadından çıxıb artıq. Görəsən, İran-ABŞ müharibəsi realdırmı? Yoxsa Tehran sadəcə sözdə hərbə-zorba gəlməklə kifayətlənəcək?

Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında Amerika-İran münasibətlərinin müharibə həddinə gəlməsini şərh edib:

"Öncə bu məsələyə  münasibətimi bildirmək istərdim. Süleymaninin öldürülməsi bir gerçəyi ortaya çıxartdı: Biz bölgəmizdə gedən prosesləri bilmir və öyrənmirik. Belə situasiyalarda hansı siyasəti sərgiləyəcəyimizi bilmirik. Ermənistan, gördünüzmü, bu qədər yardımların müqabilində bir anın içində qarşı tərəfin - ABŞ-ın yanında yer aldı. Çünki bu ölkədə mənafe naminə siyasi manevr etməyi bacarırlar. Paşinyan məgər bilmir ki, elədiyi hərəkət İrana xəyanətdir? Bilir, amma onu da bilir ki, İran artıq hər sahədə məğlub durumdadır. Onun iki nömrəli adamını vurub öldürürlərsə, demək ona "stavka" etmək yanlış siyasət olacaq. Bizim özünü məlumatlı hesab edən toplumumuz isə hələ ağı qaradan seçə bilmir. Bizimkilər Süleymanini tanımalı idi. İndi düşmənmi, dostmu sualı ortaya çıxmamalı idi. Demək, bizim çox şeydən xəbərimiz olmadığından politik açıdan da naşı görünürük. Və bu qədər müzakirələr heç nəyi, hətta çılpaq gerçəkləri də  ortaya çıxarmır.  Azərbaycanlıları "eşşək" adlandıran Süleymani kimi birisinə yas tuturlar. Türkiyədə isə bu olaya daha çox siyasi prizmadan baxırlar. Türkiyədə baş verən hadisələrin TV-lərdə müzakirəsinin bir xeyri olur ki, bəzən xırda məsələ kimi görünən məsələlərdən belə düzgün nəticə çıxarılır. İndi Süleymani olyından sonra ölkənin atacağı addımların nələrdən ibarət olduğu aydınlaşmışdır. ABŞ birmənalı şəkildə göstərdi ki, o bu regionda daha əvvəldən müəyyən etdiyi siyasətindən vaz keçməyəcək. Böyük Ortadoğu proyekti davam edəcəkdir və sırada İrandır. İran isə ABŞ-la açıq savaşa girməkdən çəkinir və hətta müharibə qaçılmaz olsa, İran düşünür ki, ABŞ-la İraq ərazisində qarşı- qarşıya gəlsin. İrana müharibə alovları sıçramasın. Bu isə mümkün olmayacaq. Bu gün olmasa da ABŞ İranı istədiyi vəziyyətə gətirəcək. Müharibə qaçılmazdır. İranın hay-küyü boş şeydir. Ölüm - qan istəmirsə Amerikanın dediklərini etməlidir. Bu və başqa şəkildə Türkiyə də bölgəsəl güc olan müttəfiqin yanında yer almalıdır. Bəzi Türk politoloqlar deyirlər ki, Türkiyə İranın yanında yer almalıdır. Bunun üçün heç bir əsas yoxdur. İranın hansı Türkiyə yanlısı və yaxud Azərbaycanpərəst siyasətinə görə?   Türk düşməni Ermənistana qucaq açdığına görəmi? Bizlər bunlardan dərs çıxarıb İranda, xüsusən Cənubi Azərbaycanda olası prosesləri doğru oxumağa  hazır olmalıyıq. Hazırıqmı? Deyərdim ki, yox. Süleymani ilə bağlı fikir ayrılıqları da göstərir ki, biz hansı proseslərin  və nə şəkil alacağını işləyib hazırlamamışıq. Nədir bizim strategiyamız? Bunu heç bir dövlət yetkilisi söyləyə bilməz. Təbii ki, bu olaylar Türkiyənin Liviyaya əsgər göndərmə hadisəsini bir qədər arxa plana keçirdi, amma  TBMM-dən təzkirə keçmişdir və mən inanmıram ki, bunu Türkiyə NATO ilə, ABŞ-la, digər maraqlı ölkələrlə (o cümlədən Rusiya ilə) razılaşdırmasın. Türkiyənin milli maraqları Liviyaya əsgər göndərməsini gərəkdirir. Məncə hərbi  müttəfiqlər bunu anlayılşa qarşıyırlar".


05.01.2020 12:32
7869

Loading...