First slide
Azərbaycanlı avtobus sürücüsü məktəbli qızı zorladı - Qızın anası...

Rusiyanın Volqoqrad vilayətində azərbaycanlı məktəbli qıza təcavüz edib.

"Yeni Sabah" xəbər verir ki, Volgasib.ru-nun yaydığı məlumata görə, hadisə Qorodişenski rayonunda baş verib.

Belə ki, “10c” nömrəli marşrut sürücüsü, 34 yaşlı Azərbaycan vətəndaşı Xəyal Məmmədov 13 yaşlı məktəblini yol soruşmaq bəhanəsilə öz marşrutuna mindirib.

Daha sonra marşrutu şəhər kənarına sürən həmin şəxs məktəbliyə təcavüz edib.

Hadisəni polisə bildirən yeniyetmənin anasının şikayəti əsasında cinayəti törədən şəxs saxlanılıb.

03.02.2020 20:34
146
Loading...