First slide
Azərbaycanın şadlıq saraylarında toylar keçirilib - DİN hərəkətə keçdi

Son günlər Azərbaycanın məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.

BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.

Məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Qurum rəsmisi BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda bununla bağlı araşdırma aparılır.

“Məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”, - deyə Elşad Hacıyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılanlara görə, Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur. Bu səbəbdən hətta saxlanılanlar və həbs olunanlar var.

       
04.12.2020 18:59
295
Loading...