First slide
Azərbaycandan Ukraynaya 20 ton humanitar yardım çatdırılıb

Mayın 10-da Azərbaycandan Ukraynanın Dnepr şəhərinə 20 ton humanitar yardım çatdırılıb.

Bu barədə Dnepr Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.

Humanitar yardıma müharibə dövründə ən çox tələb olunan uzunmüddətli saxlanma qabiliyyətinə malik məhsullar və dərman preparatları daxildir.

Şəhər Şurasından verilən məlumata görə, bu vasitələr məcburi köçkünlər arasında bölüşdürüləcək.

Mənbə: dnepr.express

11.05.2022 10:49
18443
Loading...