First slide
Azərbaycanda tikintiyə icazə alanda – ÖDƏNİLƏCƏK MƏBLƏĞLƏR - TƏSDİQLƏNDİ - TAM SİYAHI

Nazirlər Kabineti “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”ni təsdiqləyib. 

FED.az xəbər verir ki, qərara əsasən, sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi üçün ödənişlər 1000 manatdan başlayır və tikinti sahəsi artdıqca məbləğlər də artır.

Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi üçün ödəniş də 1000 mana təşkil edir.

Bakıda obyektin yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi üçün ödəniş 300 manatdan başlayır.

Təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması 3000 – 30 000 manat olacaq. 

Tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması isə

Tikintisinə icazə tələb olunan fərdi evlər və «novostroykalar» üzrə kvadratı 15 manatdan hesablanacaq. Fərdi evlərdə maksimum ödəniş 15 min manat, «novostroyka»lar üzrə isə 450 min manatı keçməməlidir.

İstehsal binalarında kvadrat 10 manatdan, anbarlarda 8 manatdan hesablanacaq.

Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi üçün ödənişlər 1000 manatdan başlayır və tikinti sahəsi artdıqca 8 000 manatadək arta bilər.

Tikintiyə icazənin müddətinin uzadılması üçün 1000 manat ödəniş tələb olunacaq.

Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi isə obyeut sahiblərinə 100 manatdan 10 min manatadək məbləğə başa gələcək.

Bu məbləğlər Bakının mərkəzi və mərkəzə yaxın əraziləri üçündür. Daha kənar ərazilərdə, o cümlədən bölgələrdə məbləğlər azalan əmsallara vurulacaq və 10 dəfəyə yaxın azala bilər. Belə ki, Bakının 1-5-ci və 6.1-ci zonalar üzrə – 1 əmsalı, 6.2-ci və 6.3-cü zonalar üzrə – 0,7 əmsalı, 6.4-cü zona üzrə – 0,6 əmsalı, 7-ci zona üzrə – 0,7 əmsalı, 8-12-ci zonalar üzrə – 0,5 əmsalı, habelə Sumqayıt şəhərində – 0,5 əmsalı, Gəncə şəhərində – 0,4 əmsalı, Abşeron rayonunda – 0,3 əmsalı, digər şəhər və rayonlarda isə – 0,1 əmsalı tətbiq edilməklə hesablanır.

Təhsil, sosial, tibb, idman, mədəniyyət sahələrinə və hüquq- mühafizə orqanlarına aid tikinti obyektlərinə münasibətdə hesablanan xidmət haqqının məbləğinə əlavə 0,5 güzəşt əmsalı tətbiq olunur.

Yenidən qurulan, bərpa və əsaslı təmir olunan tikinti obyektlərinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (texniki pasportda) göstərilən hissəyə əlavə 0,2 güzəşt əmsalı tətbiq olunur.

Sifarişçisi Vergi Məcəlləsinin 102.2.4-cü və 102.2.5-ci maddələrində nəzərdə tutulmuş şəxslər olan tikinti obyektlərinə münasibətdə əlavə 0,1 güzəşt əmsalı tətbiq olunur.

12.01.2020 19:10
5