First slide
Azərbaycanda tələbələr dəhşətli hadisə ilə üzləşdi – ÖLƏN VƏ YARALANANLAR VAR

Qəbələ rayonunda ağır yol qəzası baş verib.

Oxu24.com  xəbər verir ki, dünən saat 22 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qəsəbə sakini, 2001-ci il təvəllüdlü Ramin Lətifli idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər: 2001-ci il təvəllüdlü Xəlilov Şəhriyar Mübariz oğlu və 2002-ci il təvəllüdlü Cabayev Murad Sərxan oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Ş.Xəlilovun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, dəhşətli qəzada ölən Ramin Lətifli Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsidir və tətili doğma kəndində keçirmək üçün Qəbələdə imiş. Avtomobildə olan digər gənclər də ali məktəb tələbələridir.

Faktla bağlı araşdırma aparılır.


       
06.02.2020 21:46
42
Loading...