First slide
Azərbaycanda tanınmış şair-dramaturq vəfat etdi

Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.

Publika.az xəbər verir ki, xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən yazıçı dünyasını dəyişib.

Qeyd edək ki, Ramiq Muxtar 5 sentyabr 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, Ü.Hacıbəyov adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirib, 1961-1967-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirib.

Ramiq Muxtar 1968-1971-ci illərdə “Şərq qapısı” qəzeti redaksiyasında ədəbi işçi, 1971-1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Ədib 1978-1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra edib.

21.04.2021 10:07
3648
Loading...