First slide
Azərbaycanda polis qəzada öldü

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyim bölməsinin baş əməliyyat müvəkkilidir.

Faktla bağlı araşdırma aparılır.

06.01.2020 10:52
1