First slide
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 741 nəfər müalicə olunaraq sağalıb, 9 681 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 313, ötən müddət ərzində isə ümumilikdə 6 685 296 test aparılıb.


27.03.2022 23:40
7287
Loading...