First slide
Azərbaycanda ilk dəfə: Qadın futbol şərhçisi görün nə etdi - FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasının tarixində bir ilk yaşanıb.

Fanat.Az xəbər verir ki, XVI turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ” – "Neftçi” görüşünü şərh edənlər arasında qadın şərhçi yer alıb. Belə ki, "CBC Sport”un əməkdaşı olan Səmra Əliyeva 0:0 hesabı ilə başa çatan oyunun şərhçiliyində Gündüz Abbaszadə ilə birgə tandem təşkil edib.

Bu isə Azərbaycan idman tarixində bir ilkdi. İndiyədək heç bir vaxt futbol matçlarında qadın şərhçimiz canlı yayımda çıxış etməyib.


09.02.2020 13:06
125
Loading...