First slide
Azərbaycanda iki yaşlı uşaq kanalda boğuldu

Tovuz rayonunda kanaldan iki yaşlı uşağın meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, rayonun Abulbəyli kənd sakini, 2019-cu il təvəllüdlü Uğur Qəşəmovun meyiti kəndinin kənarından keçən kanaldan tapılıb.

Onun kanalın yanında oynayan zaman suya düşdüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

10.11.2021 18:34
3253
Loading...