First slide
Azərbaycanda dövlət qurumlarının saytına giriş bağlandı

Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarında problem yaranıb. 

Panoram.az modern.az-a istinadən xəbər verir ki, "gov.az" domein sonluğu ilə bitən bütün rəsmi saytlara giriş mümkün deyil. Bu saatlarda ölkə prezidentinə məxsus "prezident.az" saytına da daxil olmaq cəhdləri mümkünsüzdür.

Qeyd edək ki, dövlət qurumlarının rəsmi saytları Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus serverdə yerləşir. Dövlət qurumlarının saytlarının təhlükəsizliyinə də XDMX-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (CERT) cavabdehdir.


05.01.2020 11:50
185
Loading...