Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Kirən kənd ərazisində qeydə alınıb.
Hərəkətdə olan UAZ markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.