First slide
Azərbaycanda dəhşət: 19 yaşlı uşaq atasını öldürdü +ŞOK TƏFƏRRÜAT

Qubada 19 yaşlı oğulun atasını bıçaqla qətlə yetirməsinin təfərrüatı məlum olub.

Birinci Nügədi kənd bələdiyyəsindən oxu.az-a verilən məlumata görə, kənd camaatı hadisədən səhər saat 5 radələrində xəbər tutub.

“19 yaşlı Şükürov Mətləb Bəşarət oğlu öz atası - 60 yaşlı Şükürov Bəşarət Ramazan oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəni hansı səbəbdən törətdiyini bilmirik.Ailədə heç bir münaqişə olmayıb. Atası Rusiya vətəndaşı idi və kəndə dünən gəlmişdi. Səhər saat 5 radələrində məsələdən xəbər tutduq. Hazırda araşdırma aparılır”, - bələdiyyə sədri Babək Orucov saytımıza açıqlamasında vurğulayıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu barədə ilk məlumatı APA yayıb.


 


15.02.2020 20:37
141
Loading...