First slide
Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 21:40 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb.

"Mercedes" markalı yük avtomobili qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı "Mercedes"də olan sərnişin aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb, sürücü ağır xəsarət alıb.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən və xəsarət alan şəxslərin çıxarılması üçün xilasetmə işlərinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

21.12.2019 09:24
554

Loading...
close
close