First slide
Azərbaycanda AĞIR QƏZA - Xəsarət alanlar var

Şəki şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kia" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

10.08.2021 11:12
5764
Loading...