First slide
Azərbaycanda ağır qəza baş verdi - Çox sayda yaralı var

Xaçmaz rayonunda baş verən avtomobil qəzasında xəsarət alan şəxslərin adları məlum olub

Publika.az-ın məlumatına görə, qəza nəticəsində rayonun Hacıəlibəy kənd sakinləri 1984-cü il təvəllüdlü Niftəliyev Tural Mövlud oğlu, 2007-ci il təvəllüdlü Niftəliyeva Səadət Tural qızı, 2008-ci il təvəllüdlü Niftəliyev Sahil Tural oğlu, 1966-cı il təvəllüdlü Sona Bədir qızı Əzizova, 1980-ci il təvəllüdlü Fərəcov Amil Seyidbala oğlu və 1984-cü il təvəllüdlü Abdullayeva Roza Zeynal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, yol qəzası Xaçmaz-Quba yolunun Ağyazıbuduq kəndindən keçən hissəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

21:27***

Xaçmaz rayonunda avtomobil qəzası baş verib.

Hadisə rayonun Ağyazıbuduq kəndi ərazisində qeydə alınıb. Qəzaya düşənlər Hacıəlibəy kəndindən olan bir ailənin üzvləridir.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. / Report


16.01.2020 22:45
410

Loading...
close
close