First slide
Azərbaycan təkcə 7 rayonu qaytarmayacaq - Rusiyalı generaldan MÜHÜM AÇIQLAMA

Bir azdan Azərbaycan yalnız barəsində danışıqlar aparılan yeddi ətraf rayonunu deyil, bütövlüklə Qarabağı öz nəzarəti altına götürəcək.

Bu barədə MDU-nun Dünya Siyasəti fakültəsinin Tətbiqi Siyasi-Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri general Yevgeni Bujinski Rusiyanın Rossiya-1 telekanalında yayımlana "Vladimir Solovyovla Bazar axşamı” verilişində bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün ərazilərini təkbaşına azad edəcək:

“Azərbaycan Ordusu Qarabağı Ermənistanın bütün təchizat yollarından ayıracaq və bununla da hər şey bitəcək”./axar.az

26.10.2020 11:49
2794

close
close