First slide
"Azərbaycan meşələrində qalan ermənilər..." - Gevorqyan SİRLƏRİ AÇDI
Tanınmış erməni ictimai fəal Aram Gevorqyan ölkəsində hərbçilərə dəyər verilməməsindən şikayətlənib.

O, müharibədə ölmüş əsgərlərlə bağlı məlumat paylaşaraq bunları yazıb:

“Bu hekayəni oxuyun və çalışın havalanmayasınız. Paylaşdığım şəkildəki bu gənc 18 yaşlı Hayk Arutyunyandır. Cəbrayılda xidmətdə olub. Müharibə zamanı Hayk və yoldaşları mühasirəyə düşüblər, lakin təslim olmaq əvəzinə Hadrut meşələrinə sığınmağa qərar veriblər. Bir müddət sonra onlardan biri əlaqəyə çıxaraq sağ olduqlarını bildirib. Beləcə valideynlər oğullarını xilas etmək üçün müvafiq qurumların qapıları arxasında qalaraq kömək istəməyə başlayıblar. Nəhayət, onlar Paşinyanla görüşəndə uşaqlarının meşədə qaldığını, müharibənin bitdiyini, ərazilərin isə demək olar ki, təmizləndiyini deyiblər. Ona söyləyiblər ki, gedib uşaqları oradan çıxarmaq lazımdır. Paşinyan nə cavab verib? Köməkçisinə baxaraq soruşub: "Həqiqətən meşələrdə indi adamlar qalıb? Bu şaxtada onlar nə tapıb yeyirlər...".

Gevorqyan daha sonra qeyd edib ki, dekabrın sonunda Tuğ kəndi yaxınlığında Hayk və onun 5 yoldaşının meyiti aşkarlanıb.

“Meşələrdə 90 gün qalan Hayk və 5 dostu dövlətin hərəkətsizliyi nəticəsində öldü”, - deyə o bildirib./moderator.az
15.01.2021 21:29
2856
Loading...