First slide
Aybəniz qızının qarşısında diz çökməsindən danışdı: "O gün ayaqların altında ölməyə hazır idim..."

Bir neçə müddət öncə sosial şəbəkələrdə əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın qarşısında diz çökməsi tənqid olunmuşdu.


BiG.AZ xəbər verir ki, əməkdar artist bununla bağlı açıqlama verib:



"Eşitdim ki, bu hərəkətim bəzi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Həmin gün içimdən nə gəldisə, ürəyim nə istədisə onu etdim. Hər bir övladına toy edən valideyn kimi... o gün mən bir qəhrəman balasının qabağında diz çökürdüm. O gün mən bir əmanət balanın qarşısında hesabat, imtahan verirdim. Düzdür, o gün onun gözlərindən göz yaşları axmasına səbəb oldum Nə qədər istəmsem belə göz yaşlarına səbəb oldum... və mama o, baxışları heyatım boyu nə görməmişdim, nə də unutmayacam! Ancaq,inan ki,balam o, gün sənin ayaqlarının altında ölməyə belə hazır idim! Görəsən, kim balasının ayaqlarının altından öpməyib ki?! Kim balasına qurban olmayıb ki,?! Mənim nəyim o, valideynlerden artıqdır ki?! Mən tələbələrimə günde min dəfə qurban olum deyib başına pərvanə kimi fırlanıram...o ki, qala balamın...bir nəyisə deyəndə, yazanda mənim əzizlərim bir öz sevginizi də yadınıza salın. Deməli, siz övladlarınıza qurbansədəqə gedə bilərsiniz, mənə olmaz? Bəs mən kimdən öyrəndim bu sevgini? Siz öyrətmədinizmi mənə sevməyi?"

Qeyd edək ki, Aynişanın oğlan toyu bu gündür.

08.02.2020 13:10
124
Loading...