First slide
Avtomobil yarışında faciə: Bir ölü, iki yaralı

Avstraliyanın Alis-Sprinqs şəhərindəki avtomobil yarışı zamanı faciə baş verib.

Report-un məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yarış maşınlarından biri finiş xəttindən aralıdakı azarkeşlər qrupuna tərəf uçub.

Tamaşılardan biri - 60 yaşlı kişi yerindəcə keçinib. Daha bir kişi tamaşaçı və avtomobilin içərisində olan 50 yaşlı qadın yaralanıb.

Hadisə yerində istintaq qrupu çalışır.

14.06.2021 11:51
4925
Loading...