First slide
Avropa qaz fondunun yaradılması təklif olunur

Ukrayna Avropanın sabit enerji təchizatı üçün etibarlı infrastrukturun yaradılmasına tərəfdardır.

“Report” xəbər verir ki, bunu Ukrayna enerji nazirinin Avropa inteqrasiyası üzrə müavini Yaroslav Demçenkov Beynəlxalq İnfrastruktur və Nəqliyyat Forumundakı nitqində bildirib.

“Ukrayna Avropaya enerji bazarında şantaj və manipulyasiya imkanlarını aradan qaldıran yeni alətləri birgə tətbiq etməyi təklif edir. Bu alətlər qaz və digər enerji ehtiyatlarının tədarükünü şaxələndirməyi, manevr imkanlarını artırmağı təmin edəcək”, - nazir müavini deyib.

18.11.2021 19:54
4800
Loading...