Bu gün Avropa Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq.
Qol.az xəbər verir ki, son - 6-cı turda ümumilikdə 8 qrupda 16 qarşılaşmanın hamısı eyni gündə keçiriləcək.
"Fənərbaxça" (Türkiyə) Polşada "Dinamo" (Kiyev, Ukrayna) klubu ilə üz-üzə gələcək. B qrupunun digər maçtında "Renn" (Fransa) AEK-i (Larnaka, Kipr) qəbul edəcək. Qrupda "Renn" və "Fənərbaxça" ilk iki pilləni təmin etsələr də, bu oyunlar qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Sonuncu tur görüşlərindən sonra "Midtüllan" (Danimarka), "Şturm" (Avstriya), "Feyenoord" (Niderland), "Latsio" (İtaliya), "Qarabağ" (Azərbaycan), "Nant" (Fransa), "Monako" (Fransa), "Srvena Zvezda" (Serbiya), "Trabzonspor" (Türkiyə), "Lüdoqorets" (Bolqarıstan), "Roma" (İtaliya), "Yunion" (Berlin, Almaniya) və "Braqa" (Portuqaliya) növbəti mərhələyə vəsiqə qazana bilər.
Qeyd edək ki, daha əvvəl "Arsenal" (İngiltərə), PSV (Niderland), "Fənərbağça" (Türkiyə), "Renn" (Fransa), "Betis" (İspaniya), "Yunion" (Belçika), "Mançester Yunayted" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş" (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.
UEFA Avropa Liqası, qrup mərhələsi, 6-cı tur
A qrupu
00:00. "Arsenal" (İngiltərə) - "Sürix" (İsveçrə)
00:00. "Budö Qlimt" (Norveç) - PSV (Niderland)
Xallar: "Arsenal" - 12, PSV - 10, "Budö Qlimt" - 4, "Sürix" – 3
B qrupu
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbaxça" (Türkiyə)
00:00. "Renn" (Fransa) - AEK (Larnaka, Kipr)
Xallar: "Fənərbaxça" – 11, "Renn" - 11, AEK – 4, “Dinamo” - 1
C qrupu
00:00. "Roma" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan)
00:00. "Betis" (İspaniya) - HİK (Finlandiya)
Xallar: "Betis" - 13, "Lüdoqorets" - 7, "Roma" - 7, HİK - 1
D qrupu
00:00. "Yunion" (Belçika) - "Yunion" (Berlin, Almaniya)
00:00. "Braqa" (Portuqaliya) - "Malmö" (İsveç)
Xallar: "Yunion" - 13, "Yunion" (Berlin) - 9, "Braqa" - 7, "Malmö" - 0
E qrupu
21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
21:45. "Şerif" (Moldova) - "Omoniya" (Kipr)
Xallar: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 12, "Şerif" - 3, "Omoniya" - 0
F qrupu
21:45. "Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya)
21:45. "Feyenoord" (Niderland) - "Latsio" (İtaliya)
Xallar: "Latsio" - 8, "Şturm" – 8, "Feyenoord" - 5, "Midtüllan" - 5
G qrupu
21:45. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
21:45. "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa)
Xallar: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6, "Olimpiakos" - 2
H qrupu
21:45. "Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan)
21:45. "Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya)
Xallar: "Ferentsvaroş" - 10, "Monako" - 7, "Trabzonspor" - 6, "Srvena Zvezda" - 6