"Atletiko"nun yarımmüdafiəçisi Saul Niqes "Çelsi"dəki icarə müddəti bitdikdən sonra Madrid klubuna qayıdacaq.
Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Onun London təmsilçisi ilə icarə müqaviləsi bu ayın sonu başa çatır və klubla yeni müqavilə imzalamaq istəmir. 27 yaşlı ispaniyalı ötən mövsüm London təmsilçisində 23 oyun keçirib və 1 qol vurub.