Göygöldə bıçaqlanma hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Mollacəlli kəndində qeydə alınıb.
1976-cı il təvəllüdlü Abdiyev Asif Mehralı oğlu kəsilmiş- deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat olunub. Vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, A.Abdiyev həmkəndlisi Asəf Namazov və onun atası tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır. /APA