First slide
“Alo, parlamentə yolunuz bağlandı eeee” – Rauf Arifoğlundan daha bir AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının qərarı ilə nəticəsi ləğv edilən 35 saylı Xətai üçüncü seçki dairəsindən lider namizəd Rauf Arifoğlu daha bir açıqlama yayıb.

Pravda.az-ın xəbərinə görə, R.Arifoğlu yazısında bildirib:

“Ancaq Azərbaycanda: Seçkidə heç bir mandat almayan bir partiya nəyi bayram edir?

Dostlar, bəzi yaramazlar mənim bir il öncəki xəstəxana fotomu yayıb, yazırlar ki, MSK qərarından sonra xəstəxanaya düşmüşəm. Yaxınlar, qohumlar narahat olublar...

Bunu edən İqbal Ağazadənin yaxın adamlarıdır. Seçkidə klon namizədlərlə dəstək bulan məlum rəqibimin...

Bu adamlar ancaq bu cür saxtakarlıq və əxlaqsızlıq bacarırlar! Bu cür pis işlər bacarırlar! Seçkini də belə apardılar! Bir adamın ətrafında heçmi yaxşı, normal birisi yoxdur??? Bunların işi bu cür yaramazlıqdır! Elə sevinirlər, elə bil mandatı bunlar alıblar! Alo, parlamentə yolunuz bağlandı eeee! Həm də həmişəlik! Bəs, nəyə sevinirsiz? O partiyadan bir adam belə parlamentə düşmədi! Bir partiya göstərin, seçkidə iştirak etsin, sıfır nəticə ilə toy bayram eləsin! Qələbə dediyiniz nədir, o zaman??? Bu adamlar gerçəkdən normal deyillər...

Hə, siz hamınız bir yerdə, yığışıb Rauf Arifoğlunun da mandat almamağını bayram edirsiniz? Təsəlliniz, "soska"nız bumu? O zaman heç sözüm yox. Buyurun, sabaha kimi şər sizin, şəhər sizin....Çalın, qələbə çalın... 

Sonda: Tərəfdarlarım, yaxınlarım, seçicilərim bilsinlər: Ayaqdayam, heç bir problemim də yoxdur. Yola və seçkiyə davam edəcəyik, mandatımızı da alacağıq! Mən bu əxlaqsızların lideri kimi deyiləm, heç bir siyasi hadisə məni sarsıtmaz, yolumdan döndərməz!”


13.02.2020 23:27
40
Loading...