First slide
Alimlər AÇIQLADI - "Paxmel"ə qarşı ƏN YAXŞI VASİTƏLƏR

"Wiley Online Library" portalının yazdığına görə, Cənubi Koreyanın Çeju Milli Universiteti və Tibb Elmləri İnstitutunun tədqiqatçıları qulançarı "paxmelə" qarşı ən yaxşı vasitə adlandırıb.

Mütəxəssislər təzə qulançarda olan amin turşuları və mineral elementlərin həddindən artıq spirt qəbulu nəticəsində qaraciyər hüceyrələrinin məruz qaldığı oksidativ stressi azaltdığını açıqlayıb. Eyni zamanda mütəxəssislər vurğulayıb ki, qulançar "paxmeli" yalnız yüngülləşdirə bilər, ancaq tamamilə aradan qaldırmaq gücündə deyil.

Çinin Sun Yatsen Universitetinin alimləri də öz növbəsində karbonatlı laym və limon suyunu "paxmel" sindromunun ən yaxşı müalicəsi adlandırıb. Bu barədə Kral Kimya Cəmiyyətində nəşr olunan bir araşdırmada bildirilib. Qeyd olunub ki, bu içki bədəndə toplanan, ağrı və ürək bulanmasına səbəb olan zəhərli kimyəvi birləşmələri - asetaldehidi parçalayan fermentlərin ifrazını ən yaxşı şəkildə stimullaşdırır.

Kaliforniya Universitetinin mütəxəssisləri də bu barədə fikirlərini bölüşüb. Alimlər bildirib ki, Yak-a-Meyn Koreya şorbası "paxmelin" əsas simptomlarını aradan qaldırmağa kömək edir. Tədqiqatın nəticələrinə əsasən, duzlu mal əti, soya sousu, əriştə, qaynadılmış yumurta və soğandan ibarət olan bulyon, alkoqol qəbul etdikdən sonra bədənin ehtiyac duyduğu duz, zülal, karbohidrat və mikro elementlərin ideal birləşməsidir. (publika.az)

06.01.2020 21:35
79
Loading...