First slide
Ağır yol qəzası: Ölən və yaralanan var

Ağdam rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə İmamqulubəyli kəndində qeydə alınıb. 

“VAZ-2107” markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.  /Report


19.01.2020 18:59
1