First slide
“Ağıllı ol...” - Fərda Xalq artistimizə görə Okan Bayülgeni “duel”ə çağırdı - Video

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Alim Qasımov qızı - Əməkdar artist Fərqanə Qasımova ilə “Okan Bayülgen ile uykusuzlar kulübü” verilişində iştirak edib. Efir zamanı türkiyəli şoumen, aparıcı Okan Bayülgenin tanınmış xanəndəmizə ünvanladığı sual müzakirələrə səbəb olub. “Kayırır” sözünü anlamayan Alim Qasımov çətin vəziyyətdə qalıb.

"Yeni Sabah" xəbər verir ki, azərbaycanlı aktyor Fərda Amində bununla bağlı fikirlərini açıqlayaraq O. Bayülgeni sərt tənqid edib. O, türkiyəli aparıcını “duel”ə də çağırıb:

“Ey, ey, ey...Sən öz ətrafında dönən olaylarla bizi qarışdırma, Okan Bayulgen.  “2020 espiri hocası" talmağına gərək yoxdur, Mən - Fərda Amin sevdiyin dildən öyrədərəm.

Alim Qasımov lazım olsa, sənin ürəyin istədiyin adamı... 

Ağıllı ol, sənin zarafatların gecikdi. Ağıllı ol, özünü bir şey zənn etmə. İstəsən, sənin şou zənn etdiyin məkanında görüşək, səni zarafatın atasının içinə gömərəm. Alim Qasımov ustad sənətkardır. Okan Bayulgen, sən isə get oynaya bildiklərinlə zarafat et!”


05.01.2020 14:17
766

Loading...