First slide
Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.

“Report” xəbər verir ki, “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, avtomobildə olanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


12.05.2021 19:55
3380
Loading...