First slide
Ağ Ev: “ABŞ istənilən ssenariyə hazırdır”

ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.

“Report” xəbər verir ki, çıxış yerli vaxtla 15:30-a ( Bakı vaxtı - 00:30) planlaşdırılır.

“Prezident qısa şərhlər, Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. Bu, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq qaldığını və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu bir daha təsdiq edəcək”, - Ağ Evin məlumatında deyilir.

“ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanır, lakin istənilən ssenariyə hazırdır”, - Ağ Ev əlavə edib.

15.02.2022 23:43
5200
Loading...