First slide
Açıq-saçıq geyiminə görə HAMAMDAN QOVULDU — FOTO

İngiltərədəki Aksbridge şəhərindəki bir idman kompleksində qadından çimərlik geyiminin (kupalnik) çox açıq olduğu üçün dəsmal ilə bürünməsini istəyiblər.

“The Sun” qəzetinin məlumatına görə, ingiltərəli bir qadın nişanlısı ilə həftə sonu idman kompleksinə istirahətə gəlib.

23 yaşlı Karer Nicole Bernardocchi adlı qadın əvvəl hovuzda üzüb, sonra isə saunaya gedib.  

"Saunaya getməzdən əvvəl soyunma otağına girdim, orada bir neçə ananın mənə tərs baxdığını gördüm. Ancaq buna çox əhəmiyyət vermədim",- deyə o, bildirib.

Lakin o, saunaya girdikdən bir müddət sora kompleksin bir işçisi ona yaxınlaşaraq, dəsmal ilə bürünməsini istəyib. O, Karerə bir neçə ananın onun çimərik geyiminin çox açıq olduğu barədə şikayət etdiyini və ondan özünü daha ədəbli formaya salmağını tələb ediblər.

Bu istək qızı çox təəccübləndirib. Karer onların tələbini yerinə yetirməkdən imtina edərək, idman kompleksini tərk edib.

İdman kompleksinin nümayəndələri baş verənlər barədə heç bir şərh verməyiblər

22.02.2020 19:01
124
Loading...