First slide
ABŞ Qara dənizə desant gəmisi göndərdi

ABŞ Qara dənizə USNS “YUMA” nəqliyyat-desant sürət gəmisi göndərib.

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı Dənizi Donanması tviter səhifəsində məlumat yayıb.

“USNS “YUMA” Qara dənizin şimalında NATO-dakı müttəfiqlərimizlə qarşlıqlı fəaliyyətimiz üçün araşdırmalara başlayıb”, - donanmadan bildirilib.

Qeyd edək ki, iyunun 28-də Qara dənizin şimal-qərbində, o cümlədən Ukraynanın Nikolayev, Xerson və Odessa vilayətlərində “Sea Breeze” çoxmillətli hərbi təlimləri başlayıb. Təlimlərdə 3 minə yaxın hərbçi iştirak edir. Bu, son 20 ilin ən genişmiqyaslı təlimi hesan olunur.

08.07.2021 10:42
8990
Loading...