First slide
ABŞ-Körfəz ölkələri münasibətləri gərginləşir

ABŞ ilə Körfəz ölkələri, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda gərginləşib.

“The Washington Post”da yer alan məlumata görə, gərginliyin ən diqqətçəkici səbəbləri arasında Avropa və ABŞ-da enerji qiymətlərinin artması fonunda BƏƏ və Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq istəməməsi, habelə Rusiya xüsusi təyinatlılarının Ukraynada hərbi əməliyyatı “qınaması” məsələsi qeyd olunur.

Qəzetdə vurğulanır ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Fars körfəzi ölkələrinin “Moskvanı yetərincə qınamadığını” hesab edir.

Həmçinin, Bayden administrasiyasının “Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları tərəfindən ölkələrinə qarşı davam edən raket hücumlarına kifayət qədər qətiyyətlə cavab verməməsi və Tehranla yeni nüvə sazişi imzalamaq istəyi” ABŞ və Fars körfəzi ölkələri arasında münasibətlərin xarakterinə də təsir edən amillərdir.

Bildirilir ki, BƏƏ ABŞ-ın F-35 qırıcılarının ölkəyə çatdırılmasındakı gecikmələrdən, eləcə də Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə davam edən danışıqlardan narazıdır.

Qeyd edilir ki, 2020-ci ildə ABŞ İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş prosesə start verib.

Mənbə: RİA Novosti

31.03.2022 15:45
15334
Loading...