First slide
ABŞ-ın hərbi-dəniz bazasına hücum: 5 hərbçi öldü (FOTO)

"Əl-Şəbab" radikal qruplaşmasının silahlıları Keniyanın Lamu dairəsində yerləşən ABŞ-ın hərbi-dəniz bazasına hücum ediblər.

Unikal.org xarici KİV-ə istinadən verdiyi məlumata görə, Keniya Silahlı Qüvvələrinin təyyarələri hücuma cavab olaraq silahlılara bir neçə zərbə endiriblər.

Bildirilir ki, silahlılar Hindi yaşayış məntəqəsindən gəliblər və hücumdan əvvəl elektrik enerjisinin veriməsini kəsiblər. Yaşayış məntəqəsində elektrik enerjisinin verilməsi hələki bərpa edilməyib.

ABŞ Afrika Komandanlığı (AFRICOM) Somali sərhəddinə yaxın olan Lamu əyalətindəki Manda Bay hava limanına hücumu təsdiqləyib. Keniya hərbçiləri hücumda 5 hərbçinin öldürüldüyünü bildiriblər. 


05.01.2020 21:25
433

Loading...