First slide
ABŞ-ın Azərbaycandakı səfirliyindən XƏBƏRDARLIQ

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edib.

Axeber.az-ın məlumatına görə, bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib.

Səfirlik vətəndaşlarının ehtiyat tədbirləri görməyə çağırıb: "Yaxın Şərqdə gərginlik artır. Bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb".

Əsasən amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilir.

Fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.

06.01.2020 23:42
1