First slide
ABŞ hərbçiləri Qasim Süleymananini üzüyündən tanıdılar

ABŞ-ın İraqda öldürdüyü İranlı general Qasım Süleymaninin meyiti barmağındakı üzüyə əsasən müəyyənləşdirilib.

BakuPost.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndis adamları ilə birlikdə İraq aeroportuna Suriyadan, ya da Liviyadan qayıdan Süleymanini qarşılamağa gəlib.

Aviazərbə Süleymani təyyarəni tərk etdikdən sonra endirilib, partlayış nəticəsində Süleymaninin bədəni hissələrə parçalanıb. Generalın meyiti barmağındakı qırmızı qaşlı gümüş üzüyə əsasən tanınıb. O, bu üzüklə dəfələrlə görüntülənib.


03.01.2020 11:36
527

Loading...