First slide
ABŞ Əfqanıstana 7 döyüş helikopteri verdi

ABŞ Əfqanıstan hakimiyyətinə 7 döyüş helikopteri tədarük edib.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Favad Aman feysbuk səhifəsində yazıb.

Onun yazdığına görə, iyulun 16-da həmin helikopterlər rəsmi olaraq xüsusi mərasimdə Əfqanıstan Hərbi Hava qüvvələrinə tədim ediləcək.

F.Aman bildirib ki, yaxın aylarda ABŞ Əfqanıstana yardım məqsədi ilə verəcəyi helikopterlərin sayını artıracaq.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl Əfqanıstana 45 müxtəlif helikopter və 7 “A29” qırıcı tədarük edəcəyini bildirimişdi.

16.07.2021 11:24
5521
Loading...