First slide
ABŞ-da silahlı insident: İki ölü, iki yaralı

ABŞ-ın Nebraska ştatının Belvyu şəhərində atışma baş verib.

Bu barədə yerli polis idarəsinin “Twitter” hesabında bildirilib.

Atışma nəticəsində ən azı iki nəfərin həlak olduğu bildirilir. Daha iki nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarına əvvəlcə minalanmış avtomobil barədə məlumat daxil olub.

Daha sonra ərazidə atışma qeydə alındığı bildirilib.

Polisin şübhəli şəxsi yaxaladığı qeyd olunur.


22.11.2020 17:11
221

Loading...
close
close