First slide
"8 kişi ilə cinsi əlaqədə olub" - Arvadını döyərək öldürən keçmiş ər

İngiltərədə arvadını amansızcasına döyərək öldürən 28 yaşlı Shaun Dysonın məhkəmədəki "8 kişi ilə cinsi əlaqədə olub" iddiası dəhşətə gətirib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, qorxunc olay bu ilin 23 iyun tarixində baş verib.

Proses dünən keçirilib. Şaunun öldürdüyü arvadı barədə dedikləri eşidənləri məəttəl qoyub:

"Özümü alçaldılmış və məhv olmuş hiss edirəm. Lusini və ailə həyatımızı düşündükcə içim parçalanır. Üstündən altı ay keçdi, amma hələ də yuxu imiş kimi gəzirəm".

Şaun proses zamanı arvadının fevral ayından bəri 8 kişi ilə cinsi əlaqədə olduğunu iddia edib.

Lusini məktəb illərindən tanıdığını deyən cani, 2010-cu ildə onunla ailə qurduqlarını bildirib. Bu ilin yanvarında ayrıldıqlarını və hər ikisinin fərqli həyata başladıqlarını sözlərinə əlavə edib.

Lusinin cənazəsinin müayinəsi zamanı qabırğalarında 37 çat və döş qəfəsində qırıqlar aşkar edilib. Zərbələrdən qadının ağciyərləri də sıradan çıxıbmış. 

18.12.2019 19:21
4118
Loading...