First slide
56 yaşlı Mətanət İsgəndərli: "Ana olmaq istəyirəm"

Əməkdar artist Mətanət İsgəndərli yenidən ana olmaq istədiyi haqda ilginc açıqlamaları ilə gündəmə səs salıb.

“Xəzər TV”də yayımlanan “Hər Şey Daxil” səhər şousunda qonaq olan sənətçi proqramın aparıcısı Tarix Əliyevin (Tolik) “Baxmayın, nənə adını üstünüzdən götürmək üçün yenidən ana olmaq istəyərsiz” şərhinə əməkdar artistin ikibaşlı cavabı eşidənləri təəcübləndirib.

56 yaşlı M.İsgəndərli yenidən ana olmaq istədiyini etiraf edib:

“Biyabır oldum (gülür). Allah haqqı, elə istəyərəm ki, yenidən ana olum. Subay qadınam, həyatdır... Zarafat etmirəm! Doğrudan deyirəm. Həqiqi sözümdür”.

Qeyd edək ki, 56 yaşlı Mətanət İsgəndərlinin Ülkər adlı bir qızı və Kərim adlı bir oğlu var. (oxu.az)


05.01.2020 11:47
1023

Loading...