51 yaşlı müəllimə Dayna Çidester (Dayna Chidester) 14 yaşlı şagirdi ilə sərhəd bilmədən evində, oteldə və öz şəxsi maşınında intim əlaqədə olub.
Hadisə ABŞ-ın İllinois ştatında baş verib. Müəllimə "eşq" yaşadığı yeniyetməyə 4 ay ərzində 9 min mesaj göndərib və bu müddət ərzində 20 dəfədən artıq intim münasibətdə olublar.
"Reed-Custer High School"da çalışan 51 yaşlı müəllimə qurbanı ilə 2018-ci ilin sentyabrından dekabrınadək əlaqədə olub. O, qurbanına 9 mindən artıq mesaj ünvanlayıb, yüzlərlə telefon zəngi edib. Artıq prokurorluqda onların bu mesajlaşması, zənglərlə yanaşı, intim münasibətlərini sübut edən yetərincə çılpaq fotoları da var. Məhkəmə müəlliməni günahkar biləcəyi təqdirdə onu 15 il həbs cəzası gözləyir.
Müəllimə prokurorluda bütün hərəkətlərini etiraf edərək, əlaqələrini danışıb. O eyni zamanda məktəbdə daha bir şagirdə də mesaj yazdığını prokurorluğa etiraf edib.