First slide
“44 günlük savaş türkün gücünü dünyaya göstərdi” – Türkiyədən MÜHÜM AÇIQLAMA

“Artıq türk dövlətləri güclüdür. Vətən müharibəsi ilə işğal altındakı torpaqlarını 44 gün ərzində azad edən Azərbaycan bunu bütün dünyaya göstərdi”.

Bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xaric İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Bu zəfər Azərbaycanın olduğu qədər bizim də zəfərimizdir. Eyni zamanda, bu onu göstərir ki, birlikdə öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur”, – deyə XİN başçısının müavini vurğulayıb (APA).

25.02.2021 10:46
488
Loading...