First slide
2019-cu ildə kim daha çox pul itirdi? - SİYAHI

Amerikanın maliyyə və biznes xəbərləri saytı “Business Insider”a görə, 2019-cu ildə sərvəti ən çox azalan biznesmen “Wall Street Journal”ın sahibi Rupert Merdok olub.

Onun sərvəti keçən il 10,2 mlrd dollar və ya 56,7% azalaraq 7,8 mlrd dollarа enib.

R.Merdokun gəlirlərinin bu qədər azalmasına səbəb kimi “Fox”un “Disney”ə satışından əldə etdiyi pulu 6 övladı arasında bölməsi göstərilir.

Qeyd edək ki, Merdokdan sonra gəliri ən çox azalan şəxs isə “Amazon” şirkətinin rəhbəri və şəriki Ceff Bezos olub. Keçən il boşanma səbəbi ilə əlaqədar Bezos həyat yoldaşına 35 mlrd dollar təzminat ödəyib.

03.01.2020 16:30
422

Loading...