First slide
19Ərdoğandan Rusiyaya sərt mesaj: – “Qarşımızı kəsməyə çalışmayın!”

Türkiyə qisas əməliyyatına başlayıb.

4 türk əsgərinin şəhid olduğu Suriya ordusunun hücumu ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan türk ordusunun qisas əməliyyatına başladığını bildirib.

İdlibdə toqquşmaların davam etdiyini xatırladan Ərdoğan 46 Əsəd rejimi hədəfinə 122 top atəşi açıldığı barədə məlumat verib.

Karar.com xəbər verir ki, Ərdoğan Türk əsgərlərini şəhid edən Əsəd qüvvələrinin əsas hərbi dəstəkçisi Rusiyaya da özünəməxsus şəkildə mesaj ünvanlayıb:

“Xüsusilə Rusiyanın müvafiq orqanlarına bildirmək istəyirəm ki, bu məsələdə həmsöhbətimiz siz deyilsiz, tamamilə Əsəd rejimidir. Bizim qarşımızı kəsməyə çalışmayın”.

04.02.2020 11:05
96
Loading...