First slide
11 yaşlı uşaq özünü 23-cü mərtəbədən atdı - SƏBƏBİ SİZİ ŞOKA SALACAQ

Rusiyanın Novoçeboksarsk şəhərindən olan beşinci sinif şagirdi "kişi sözü” verdiyi üçün özünü 23-cü mərtəbədən atıb.

Bu barədə "Mash” "Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Makar adlı uşaq intiharının səbəbi ilə bağlı məktub qoyub. Orada Andrey adlı biri ili mübahisəsi, hansısa Sonya ətrafında dramdan danışıb və ata-anasına müraciət edib.

Məktubda uşaq ata-anasını sevdiyini deyir, onların ağlamamasını istəyir.

"Sizdən bir istəyim var, Saşa böyüyənədək onun böyük qardaşı olduğunu deməyin, 18 yaşı olanda deyərsiniz. Ana, çox sağ ol ki, mənə uşaqlığımı bəxş etmisən, ata, xahiş edirəm ağlama, yaxşı?.. Və mən özümü damdan atacağam. Çünki Andreyə demişdim ki, Sonya ilə evlənsən özümü damdan atacağam, ona bunu desən dəqiq özümü atacağam. Andrey mənim sözlərimə inanmadı, zarafat sayıb qıza dedi. Mən də 25-ci mərtəbəyə çıxıram ki, oradan özümü atım. Siz soruşacaqsınız ki, özümü niyə damdan atmışam, mən də deyirəm: çünki kişi sözü vermişdim”.


Hazırda 11 yaşlı uşaq reanimasiyadadır. O, binanın girişində park edilmiş yük maşınının üzərinə düşdüyü üçün sağ qala bilib, lakin aldığı travmalar ağırdır.

18.03.2021 21:15
1936
Loading...